XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 15:15

Rusiya müxaifəti Putinə qarşı birləşir:Dumaya vahid seçki siyahısı hazırlanır

parnas

Rusiyanın iri müxalifət partiyaları Dövlət Dumasına keçiriləcək seçkilərdə vahid siyahı ilə iştirak etmək istəyir.

Strateq.az bildirir ki, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun sədri olduğu PARNAS və tanınmış iqtisadçı Qriqori Yavlinskinin lideri olduğu “Yabloko” partiyası seçkiyə vahid siyahı ilə gedə biləcəklərini açıqlayıblar.

“PARNAS və Yabloko Dövlət Dmasına seçkilərdə vahid siyahı formalaşdıra bilər”,- deyə PARNAS-ın sədr müavini İlya Yaşin “Exo Moskvı” radiosuna bildirib.

Xatırladaq ki, Rusiyanın bir sıra tanınmış ictimai xadimləri hər iki partiyanın seçkiyə birgə getməsi üçün müraciət imzalayıb. Müraciəti imzalayanlar arasında SSRİ xalq artisti Sergey Yuriski, Liya Axecakova və digərləri var.

Dövlət Dumasına seçkilər sentyabr ayında keçirləcək.