XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 16:26

Gürcüstan prezidenti Makronu ölkəsinə dəvət etdi –Fransada görüş oldu

Fransada işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fransalı həmkarı Emanuel Makronla görüşüb.

Paytaxt Parisdə keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud əlaqələr, Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunub.

E.Makron bildirib ki, Fransa Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Tərəflər eyni zamanda Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyət və təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.

Görüşdə həmçinin Gürcüstan və Fransa arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq haqqında bəyannamə imzalanıb.

S.Zurabişvili Fransanın dövlət başçısını Gürcüstana səfərə dəvət edib/Report.