“Şimali Koreya nüvə silahlarını və ballistik raketlərini məhv etsə, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağa layiq olacaq”.
Bunu Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib.
O, Koreya yarımadasındakı nüvəsizləşdirmə prosesində hələlik irəliləyişin olmadığını qeyd edib.
Bundan əvvəl Ağ Evin qeyri-rəsmi xahişindən sonra Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən D.Trampın Nobel mükafatına namizədliyinin irəli sürüldüyü açıqlanmışdı/Report.