İtaliya polisi Neapolun “Kamorra” mafiyasının “Sekuino” klanına qarşı həyata keçirdiyi əməliyyat zamanı 30 nəfəri həbs edib.
Azərtac İtaliyanın “torresette.news” saytına istinadla xəbər verir ki, əməliyyat tədbirlərinə ötən bazar günü Açerra şəhərində “Kamorra” mafiyasının 46 yaşlı lideri güllələndikdən sonra başladılıb.
Mafiya liderinin şəxsi avtomobilində motosikletdə olan iki şübhəli şəxs tərəfindən güllələndiyi ehtimal edilir. Hadisə ilə bağlı araşdırma aparılır.