XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 11:05

“Hazırda Ağ Evi tutmuş şəxs üzqaramızdır” –Sanders prezident seçkilərinə qoşulacağını bəyan edib

2016-cı ildə demokratların prezidentliyə namizədi ola bilməmiş senator Bernie Sanders 2020-ci ildə bir daha seçkidə bəxtini sınamaq istəyir. “Reuters” agentliyi onun bu haqda fevralın 19-da verdiyi müsahibədə danışdığını yazıb.

Demokratlarla birgə işləyən müstəqil Sanders Vermont İctimai Radiosuna (VPR) müsahibəsində gələnilki seçkiyə gedəcəyini deyib. O, respublikaçı prezident Donald Trampın vəzifədən kənarlaşdırılması üçün “çox fərqli kampaniya” vəd edib.

“Hazırda Ağ evi tutmuş şəxs ölkəmizin üzarasdır. O, patoloji yalançıdır, irqçidir, seksistdir, homofob, ksenofobdur, azlıqlar, sənədsiz mühacirlərdən istifadə edərək ucuz siyasi qazanc əldə etməyə çalışan biridir”, – o deyib.

Gələn il Trampa qarşı bir çox demokratlar mübarizə aparmağı planlaşdırır. Sanders də artıq onların cərgəsinə qoşulur. Prezidentliyə namizəd olmaq istəyənlər sırasında senatorlar Cory Booker, Kamala Harris, Amy Klobuchar və Elizabeth Warren var.

Vermont İctimai Radiosu senatorun rəsmi kampaniya elanını onlayn video vasitəsilə verəcəyini bildirib.