XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 17:13

Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib- Bu, Putinin parlamentə 15-ci müraciətidir

Rusiya Prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətini təqdim edib.

Azərtac xəbər verir ki, Prezident Vladimir Putin Rusiyada iqtisadi, sosial, humanitar, hərbi vəziyyət və perspektivlər barədə danışıb, sahibkarlığa dəstəklə bağlı təkliflər irəli sürüb.

Müraciətdə Belarus Respublikası ilə müttəfiq dövlət çərçivəsində əlaqələndirmənin genişləndirilməsinin, Yaponiya ilə sülh müqaviləsinin imzalanmasına dair dialoqun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, ABŞ ilə hərbi sahədə münasibətlərdən danışılıb.

Qeyd edək ki, bu, Vladimir Putinin parlamentə 15-ci müraciətidir.