XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 18:54

Lavrov:"Suriyanın yeni konstitusiyasını hazırlayacaq komitənin yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir"

Suriyanın yeni konstitusiyasını hazırlayacaq komitənin yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Seygey Lavrov verib. S.Lavrov qeyd edib ki, komitənin tərkibində Suriyadakı bütün siyasi tərəflərin nümayəndələri təmsil olunurlar.

Qeyd edək ki, Suriyanın yeni konstitusiyasını hazırlayacaq komitənin yaradılması ilə bağlı qərar 2018-ci il yanvarın 30-da Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresində qəbul edilib. Qərarda komitənin 150 nəfərdən ibarət olması məqsədəuyğun hesab olunub. Onlardan 50-si hakimiyyət, 50-si müxalifət tərəfdarlarından seçilməli idi. Digər 50 nəfər isə Suriya vətəndaş cəmiyyətləri nümayəndələrindən ibarət olmalı idi.