XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 19:57

Çində ali rütbəli hərbçi ömürlük azadlıqdan məhrum edilib- Əmlakı da müsadirə olunacaq

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının keçmiş üzvü, general-polkovnik Fan Fenhuy hərbi məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Məhkəmə generalı korrupsiya əməllərində təqsirkar hesab edib. Məhkəmənin qərarı ilə bütün siyasi hüquqlarından məhrum edilən generalın əmlakı da müsadirə olunacaq.

General-polkovnik Fan Fenhuy bir müddət əvvəl rüşvət ittihamı ilə əlaqədar ordudan və Çin Kommunist Partiyası sıralarından uzaqladırılmışdı.

Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının Sədri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpindir.