XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 23:57

Agentlik direktoru:"Marsa pilotlu uçuş 2030-cu illərin ortalarında baş tuta bilər"

Marsa pilotlu ekspedisiya 2030-cu illərin ortalarında həyata keçirilə bilər. Bundan qabaq belə uçuş üçün texnologiyaların sınaqdan keçirilməsi tələb olunur.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru Cim Braydenstayn deyib.

Agentlik direktorunun sözlərinə görə, “Curiosity” və “Opportunity” aparatları, eləcə də “Mars InSight” stansiyası vasitəsilə aparılan tədqiqatlar Marsın tarixi və geoloji quruluşu barədə yeni məlumatlar əldə etməyə imkan verib: “Onlar göstərir ki, Mars səthində mürəkkəb üzvi birləşmələr mövcuddur. Bu, Marsda həyatın mövcud olmasını deməyə əsas verməsə də, orada həyat üçün komponentlər var”.

Məlumata görə, NASA 2020-ci ilədək Mars səthinə informasiyanın toplanılması üçün daha bir aparat göndərməyi planlaşdırır. Onun əsasında alimlər tərəfindən uzaq keçmişdə Marsda mümkün yaşayışın mövcudluğu, eləcə də gələcəkdə planetdə insanın yaşamaq imkanı qiymətləndiriləcək. “Marsa pilotlu ekspedisiyanın 2030-cu illərin ortalarında göndərilməsi nəzərdə tutulur. Biz bu proqrama beynəlxalq tərəfdaşlar cəlb edərək ora robot və aparatlar göndərməyi düşünürük”, – deyə NASA-nın direktoru əlavə edib.