XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 09:36

Venesuelanın BMT-dəki hərbi attaşesi:"Demokratiyanı Maduronun zülmündən üstün tuturuq"

Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinin hərbi attaşesi polkovnik Pedro Çirinos ölkə müxalifətinin lideri Xuan Quaydonu dövlət başçısının vəzifəsinin müvəqqəti icraçısı kimi tanıyıb.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bildirib.

“Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinin hərbi attaşesi polkovnik Pedro Çirinos rəsmi olaraq Xuan Quaydonu Venesuela prezidentinin vəzifəsinin müvəqqəti icraçısı elan edib. O, venesuelalılar üçün demokratiyanı Maduronun zülmündən üstün tutub”, – deyə Bolton “Twitter”də yazıb.

Daha əvvəl sosial şəbəkələrdə hərbi formada, özünü Pedro Çirinos kimi təqdim edən şəxsin videogörüntüsü yayılıb. O, bildirib ki, “hakimiyyətdə qanunsuz təmsil olunan Nikolas Maduro” hökumətinə tabe olmur”. “Mən Xuan Quaydonun rəhbərliyi altında keçid hökumətini tanıyıram və tabe oluram”, – deyə o, əlavə edib.

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro özünü Bolivar Respublikasının başçısı elan edən müxalif lider Xuan Quaydonu ölkə parlamentinə seçkilər elan etməyə çağırıb. (Report)