XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 10:32

ABŞ-ın 16 ştatı Trampa qarşı koalisiya yaratdı –Prezidentin fövqəladə vəziyyət rejimi demokratları qəzəbləndirdi

ABŞ-ın Nümayəndələr Palatasındakı demokratlar prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar tikintisini maliyyələşdirmək üçün fövqəladə vəziyyətdən istifadə etmək cəhdlərinin qarşısını almaq məqsədilə fevralın 21-də qətnamə təqdim edəcəklər.

Qətnamənin təqdim olunması böyük bir ehtimalla haradasa martın ortalarında Nümayəndələr Palatasında səsvermə ilə nəticələnəcək. Bu həm də bir növ demokratların mühacirət siyasəti və ABŞ Konstitusiyasının hakimiyyətlərin paylaşılması prinsipinə münasibətinin ifadəsi olacaq.

Tramp ölkənin cənub-qərb sərhədi boyunca tikmək istədiyi divarın maliyyələşdirilməsi məqsədilə fövqəladə vəziyyət barədə bəyannaməni imzalayıb. O iddia edir ki, divarın tikintisindən məqsəd qanunsuz miqrasiyanı buxovlamaq və narkotik nəqlini dayandırmaqdır.

Fövqəladə vəziyyət prezidentə Konqresdən yan keçərək divar tikintisi üçün lazım olan maliyyəyə çıxış verməlidir. Demokrartlar divar tikintisinə qəti şəkildə etiraz edirlər. Konqres sərhəd hasarının tikintisi üçün Trampa 1, 4 milyard dollar vəsait ayırıb, lakin bu, onun istədiyi 5,7 milyard dollardan çox azdır.

Tramp fövqəladə vəziyyət barədə bəyannamə ilə yanaşı 35 gün davam edən hökumət qapanmasına son qoyacaq büdcə qanuna da qol çəklib. Tramp divarın tikilməsi üçün özünün icra hakimiyyətindən istifadə edərək başqa mənbələrdən toplam 8 milyard dollar cəlb etmək niyyətindədir.

Bu ziddiyyətli addım vəzifəli demokratlar və bəzi respublikaçılar tərəfindən tənqid edilib. Onlar bildirirlər ki, Tramp Konqresdən yan keçməklə çox pis presedent yarada bilər.

ABŞ-ın 16 ştatından ibarət koalisiya da Trampın bəyannaməsini dayandırmaq məqsədilə məhkəməyə müraciət edib. Koalisiya Trampı səlahiyyətlərini aşmaqda ittiham edir. (azadliq.org)