XƏBƏR LENTİ

26 Fevral 2021

Digər Xəbərlər

21 Fevral 2019 - 11:38

Venesuelanın Ekvadordakı konsulluğuna hücum oldu –Diplomatlar döyüldü, sənədlər aparıldı

Bir qrup silahlı şəxs Venesuelanın Ekvadorun Qauyakil şəhərindəki baş konsulluğuna hücum edib.

Bu barədə diplomatik missiyanın rəhbəri Fernando Bello məlumat verib.

O deyib ki, diplomatik nümayəndəliyə hücum edənlər baş konsulluğun bütün maliyyə vəsaitini götürüb, diplomatik işçiləri döyüb və onları siyasi fikirlərinə görə ələ salıblar.

Hücum edənlərin 7 nəfər olduğu bildirilir.

Faktla bağlı istintaq aparılır/Azərtac.