Martın 1-də Ermənistanın baş naziri Paşinyan çoxminli yürüş keçirəcək.
Strateq.az bildirir ki, bu barədə baş nazir sosial şəbəkədəki səhifəsində bildirib. Onun sözlərinə görə, yürüş 2008-ci ilin martındakı etiraz mitinqinin gülləbaran edilməsi nəticəsində həlak olmuş şəxslərin xatirəsinə həsr olunub. Azadlıq meydanından başlayan yürüş Myasnikyanın heykəlinin önündə başa çatacaq: “Bu yürüş zorakılığa, seçki saxtakarlığına, korrupsiya əleyhinə olacaq”-deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, 1 mart 2008-ci ildə Yerevanda müxalifətlə hakimiyyət arasında yaranmış qarşıdurma nəticəsində 8 etirazçı və daxili qoşunların 2 əsgəri öldürülüb.