Venesuelanın daha bir yüksək çinli hərbçi məmuru özünü prezident elan etmiş müxalifət lideri Xuan Quaidonun tərəfinə keçdiyini bəyan edib.
Strateq.az RİA-ya istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin müşaviri Con Bolton bildirib. Onun verdiyi məlumata görə, Venesuelanın BMT-dəki hərbi attaşesi, polkovnik Pedro Çirinos müxalifətin tərəfinə keçdiyini açıqlayıb.
Bir müddət əvvəl Venesuelanın ABŞ-dakı səfirliyinin hərbi attaşesi Xose Luis Silva da Quaidonun legitmliyini tanıdğını açıqlamışdı.