XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 18:30

Xamneyi:“ABŞ nüvə müzakirəsindən sonra region və İran üçün pis planlar hazırlayıb”

xamneyi

 

“ABŞ  nüvə müzakirələrindən sonra  region və İran üçün pis planlar hazırlayıb”.

Strateq.az bildirir ki, bu sözləri İranın ali dini lideri Xamneyi İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərlə bağlı bu gün səhər Nəcəfabad sakinləri ilə görüşdə deyib.

 

Xamneyi bu cəhddən xəbərdar olduqlarını deyib:

 

“Bu bizim üçün tamamilə aydındır. Ölkə daxilində düşmən nüfuz amillərindən istifadə edir. Buna görə də, nüfuz qarşısında diqqətli olmaq lazımdır və düşmənin ixtilaf törətməsinə icazə verilməməlidir”.

 

Onun sözlərinə görə, düşmən seçkilərdə davamlı olaraq İranda "hökumət məclisi" və "anti-hökumət məclisi"nin olduğunu  iddia edir.

 

“Amma, bizim xalqımız nə "hökumət məclisi" nə də "anti-hökumət məclisi" istəyir. Xalq öz vəzifələrini bilən və ABŞ-a aldanmayan şücaətli və dindar bir məclis istəyir”, – deyə Xamneyi vurğulayıb.

 

Ali dini lider qarşıdakı seçkiləri “düşmənlərin İran əleyhinə fitnələrinin zərərsizləşdirilməsi üçün mühüm amil”, – adlandırıb.