XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 19:34

Kataloniyada kütləvi etirazlar başladı, toqquşmalar oldu –28 nəfər yaralandı

İspaniyanın Kataloniya bölgəsində etirazçılarla polis arasında toqquşmalar baş verib.

Toqquşmalar nəticəsində 28 nəfər yaralanıb. Yaralılar arasında 12 polis də var.

3 nəfər polisə müqavimətə görə saxlanılıb.

Hazırda Kataloniyanın bir sıra şəhərlərində, o cümlədən Barselonada İspaniya Ali Məhkəməsinin “Katalon işi”nə baxmasına etiraz olaraq mitinqlər keçirilir. Barselonada etirazçılar şəhər mərkəzi ilə ətraf rayonları birləşdirən dəmir yol xəttini bağlayıb. Təhlükəsizlik qüvvələri yalnız saat yarımdan sonra yolu aça biliblər/Axar.az.