XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 22:06

Məşhur investorun həbsi Moskva-Vaşinqton münasibətlərini daha da gərginləşdirdi –ABŞ Çalveylə görüş tələb edir

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya hökumətindən hazırda həbsdə olan amerikalı investor Mixael Calveyə ABŞ konsulluq xidməti ilə dərhal görüş verilməsini tələb edib.

ABŞ səfirliyi fevralın 21-də yaydığı bəyanatda bildirir ki, Rusiya hakimiyyət orqanları sentyabrın 14-də həbs olunandan bəri ABŞ nümayəndələrinin Calvey ilə görüşməsi üçün edilmiş müraciətə cavab verməyib.

Bəyənatda bildirilir ki, Rusiya İkitərəfli Konsulluq Konvensiyasına görə həbsin dörd günü ərzində Calvey ilə görüş verməyə borclu idi.

Hazırda Rusiyada həbsdə olan amerikalı investisiya fondu menecerinə rəsmən maliyyə fırıldağı ittihamı irəli sürülüb. Bunu maliyyəçinin vəkili deyir.

1994-cü ildə Baring Vostok investisiya şirkətini yaratmış Mixael Calvey Rusiyadan çox tanınmış xarici investorlardandır. Vəkili Dmitri Kletoçkin Calveyə rəsmi ittihamın fevralın 21-də irəli sürüldüyünü, amma onun müştərisinin özünü təqsirsiz bildiyini deyib. (azadliq.org)