XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 11:13

ABŞ-ın məşhur qəzeti “Trotski” serialına baxmamağa çağırıb  –Rusiya filmləri Qərbdə niyə qəzəb doğurur?  

ABŞ-ın “The Washington Post” qəzetinin yazarı Lyuk Conson seriallar və filmlərin video axın şəkildə təchizçisi olan Netflix platformunun izləyicilərini Rusiyanın 1-ci kanalının istehsalı sayılan “Trotski” çoxseriyalı filminə baxmamağa çağırıb.

Strateq.az musavat.com-a istinadən bildirir ki, müəllif ümumiyyətlə rus seriallarını dövlətin xaricdə təsir göstərmək üçün yumşaq güc vasitələrindən biri kimi təsvir edib.

Lyuk Conson həddən çox zorakılıq səhnələrinin yer aldığı “Trotski” filmini Rusiyanın dövlət mətbuatının öz dünyagörüşünü dünyaya çatdırmaq cəhdi kimi dəyərləndirib. Onun fikrincə, bu cür filmlər Putin rejiminə sanıldığı kimi zərər gətirmir. “Onların mənası aydındır: inqilabçı olmaq bəlkə də əyləncəlidir, lakin inqilab hər şeyi dağıda bilər”,-deyə jurnalist yazıb. O, konkret olaraq serialda bütün inqilabların arxasında qərb diversantlarının durduğu və bütün bədbəxt hadisələrin onların pulları ilə törədildiyi mesajının verildyinə diqqət çəkib. Məsələn orada Aleksandr Parvus adlı inqilabçıının alman kəşfiyyatından konvertlə pul aldığı təsvir olunur.

L.Conson Birinci kanalın da Rusiyanın qara təbliğat vasitələri sayılan “Russia Today” və Putinin aşpazı olaraq bilinən Yevgeni Priqojinə məxsus “İnternernet araşdırmaları agentliyi” kimi amerikalıların rəyinə təsir göstərmək istədiyini qeyd edib. O, kanalın prodüseri Konstantin Ernstin prezident Vladimir Putin haqqında yaltaq reportajlar verməkdən yorulmadığını vurğulayıb.