XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 23:02

Səudiyyə Çinə 10 milyard dollar ayıracaq- Neft-kimya kompleksinin tikintisinə

Səudiyyə Ərəbistanının “Aramco” şirkəti Çində neft-kimya kompleksinin tikintisinə 10 milyard dollar sərmayə qoyacaq.

Fevralın 22-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Çinə səfəri çərçivəsində müvafiq saziş imzalanıb.

Reuters agentliyinin xəbərində qeyd olunur ki, Çinin müdafiə konqlomeratı “Norinco” ilə Səudiyyə Ərəbistanının “Aramco” şirkəti Çinin şimal-şərqindəki Panjin şəhərində yerləşəcək bu müəssisənin tikintisini birlikdə həyata keçirəcəklər.

Bu məqsədlə tərəfdaşlar “Huajin Aramco Petrochemical Co.” adlı müştərək şirkət təsis edəcəklər. 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə gündəlik 300 min barrel xam neft emal ediləcək. Xammalın 70 faizini Səudiyyə Ərəbistanı şirkəti tədarük edəcək.

“Aramco” şirkəti hesab edir ki, bu neft-kimya kompleksi Çin bazarında Rusiyanı da geridə qoyaraq ən böyük enerji tərəfdaşı olmağa şərait yaradacaq.

Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyinin məlumatına görə, “Aramco” Çinin “Zhejiang Petrochemical” şirkətinin səhmlərinin 9 faizinə də sahib olub. Bununla bağlı imzalanmış kontraktın şərtlərində bildirilir ki, Şanxayın cənubunda yerləşən və gündəlik 400 min barrel istehsal gücü olan Jouşan neft-kimya kompleksinin xam neftə olan ehtiyacını da Səudiyyə Ərəbistanı şirkəti təmin edəcək(azərtac).