XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 23:21

“Apple”ın mövqeyi zəifləyib- 1-ci yerdən 17-ci yerə düşüb

Son bir ildə “Apple” şirkətinin innovasiya şirkətlərinin reytinqindəki mövqeyi zəifləyərək 1-ci yerdən 17-ci yerə düşüb. Reytinq “Fast Company” işgüzar portalı tərəfindən dərc edilib. Çinin “Meituan Dianping” startapı (yemək sifarişi üçün xidmət) reytinqdə birinci yerdə qərarlaşıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, ümumilikdə reytinqdə 50 texnologiya şirkəti yer alıb. “Fast Company”nin məlumatına görə, “A12 Bionic” prosessoru 2018-ci ildə “Apple”ın əsas yeniliyi olub.

Bir il əvvəl sözügedən “ABŞ” şirkəti “iPhone X” smartfonu, əlavə edilmiş reallıq texnologiyalarının inkişafına töhfəsinə və “AirPods” qulaqcıqlarına görə innovasiyalar reytinqində birinci yeri tutub.