XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 00:30

Poroşenko “Rossiya 1”-də Putini qatil adlandırdı –VİDEO

Ukrayna prezidenti Petr Poroşenko BMT Baş Assambleyasının kuluarlarında Rusiya hakimiyyətindən ötən ilin noyabr ayının sonunda Kerç körfəzindəki insident zamanı saxlanılan  24 ukraynalı dənizçinin sərbəst buraxılmasını tələb edib.

Strateq.az moderator.az-a istinadən bildirir ki, “Rusiya 1” telekanalının müxbiri Valentin Boqdanov Ukrayna liderinə 2018-ci ilin ortalarında  dövlətə xəyanət ittihamı ilə həbs edilmiş “RİA Novosti Ukrayna” nın baş redaktoru Kirill Vışinskinin taleyi haqqında sual verib.

“24 Ukrayna dənizçisi Sizdə qanunsuz olaraq həbsdədir. Siz onlardan üzr istəməyə borclusunuz, dərhal buraxın, çünki siz təcavüzkarsınız, siz beynəlxalq hüququ pozansınız. Siz və sizin lideriniz ukraynalıların qatillərisiniz. Bunu yadda saxlayın” – deyə, Poroşenko cavab verib