XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 13:46

Türkiyə Dardanel boğazını bağladı- Səbəb

Türkiyə həftə ərzində artıq ikinci dəfədir ki, Dardanel boğazını beynəlxalq gəmilər üçün bağlayıb.

Trend-in məlumatına görə, boğazda gəmilərin hərəkəti səhər saat 09:15-dən dayandırılıb. Gəmilərin hərəkətinin dayandırılmasına isə hazırda müşahidə olunan güclü külək və yağış səbəb olaraq göstərilir.

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmilər üçün fevralın 21-də bağlanmışdı. Həmin gün isə boğazda hərəkət qatı duman səbəbindən dayandırılmışdı.