XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 15:21

Avropa İttifaqı-ABŞ danışıqları baş tutmadı- Tərəflər razılığa gələ bilməyiblər

Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin ticarət nazirləri Vaşinqtonla qarşılıqlı ticarət şərtlərinin sadələşdirilməsinə dair danışıqların başlanması barədə razılığa gələ bilməyiblər.

Azərtac xəbər verir ki, Avropa İttifaqında istehsal edilmiş avtomobillərə görə cərimə tətbiq ediləcəyi barədə hədə-qorxulara baxmayaraq, 2019-cu ilin mart ayına qədər (o vaxt Aİ-nin sammiti keçiriləcək) yeni danışıqlar aparılmayacaq.

Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmström danışıqların baş tutmaması faktına münasibətini bu şəkildə bildirib: “Aİ üzvü olan bəzi ölkələr daxili məsləhətləşmələr aparmalıdırlar, bunun onlara əlavə vaxt lazımdır”.

Müşahidəçilər ABŞ ilə ticarət sazişinə dair danışıqların uğursuz nəticəsinin səbəbi kimi Fransa, Belçika, İspaniya, İtaliya və Lüksemburqun inadkar mövqe tutmasını göstərirlər.