XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 16:23

“Rosstat”:"Ötən il Rusiyada hər 1000 kişiyə 1156 qadın düşüb"

2018-ci ildə Rusiyada qadınların orta sayı kişilərin orta sayından çox olub. AZƏRTAC xəbər verir ki, “Rosstat”ın məlumatına görə, ötən il hər min kişiyə orta hesabla 1156 qadın düşüb.

Lakin müxtəlif yaş qrupları üzrə məlumatlar fərqlənir. Rusiyada 35 yaşına qədər olan kişilər qadınlardan çoxdur: hər min cavan kişiyə həmin yaş kateqoriyasından olan 946-994 cavan qadın düşür.

Qrupun yaşı artdıqca kişi və qadınlar arasında nisbət də dəyişir. Yaşı 70-dən çox olanların qrupunda qadınların sayı kişilərdən 2,5 dəfə çoxdur. Bu qrupda hər min kişiyə 2377 qadın düşür.

2019-cu il yanvarın 1-nə olan məlumata görə, Rusiya sakinlərinin sayı bir il ərzində 86 min nəfər azalaraq, 146,794 milyon nəfər təşkil edib. Bir il əvvəl həmin göstərici 146,88 milyon nəfərə bərabər olub.