XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 17:12

Avropaya dəniz yolu ilə 8300-dən çox qeyri-qanuni miqrant gəlib- 2019-cu ilin ilk aylarında

2019-cu ilin ilk yeddi həftəsi ərzində Avropaya dəniz yolu ilə 8 300-dən çox qeyri-qanuni miqrant gəlib.

Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, bu məlumatı təşkilatın Miqrasiya Agentliyi yayıb. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) hesabatında isə qeyd olunub ki, ötən ilin analoji dövründə Avropaya qanunsuz yollarla daha çox – 9 800 miqrant gəlib, 435 nəfər isə Aralıq dənizində batıb.

Məlumatda bildirilir ki, fevral ayının 20 günü ərzində Avropa ölkələrinə 227 miqrant və qaçqın gəlib. İtaliya Daxili İşlər Nazirliyi isə 855 nəfəri Liviyaya geri göndərib.

IOM-un İspaniyadakı təmsilçisi Ana Dodevska bildirib ki, ispan sahillərinə hər gün orta hesabla 106 miqrant daşıyan qayıq yanaşır.

Hesabatda qeyd olunur ki, 2014-cü ildən 2018-ci ilədək Avropaya qanunsuz mühacirət edənlərin 30 510 nəfəri dənizdə boğulub.