XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Fevral 2016 - 21:13

Rusiyanın 4 general və admiralı korrupsiyada ittiham olunur

Son 5 ildə 22 yüksək rütbəli zabitə cinayət işi açılıb

 

Rusiya Silahlı Qüvvələrinin 4 yüksək rütbəli zabiti (general və admiral) barəsində korrupsiya cinayəti işi üzrə istintaq davam edir.

 

Report.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi İstintaq Baş İdarəsinin genişləndirilmiş toplantısında qurumun rəhbəri Aleksandr Soroçkin bildirib.

 

Onun sözlərinə görə, son 5 ildə başçılıq etdiyi idarəyə yüksək rütbəli zabitlərin işi üzrə 22 cinayət işi göndərilib: "Hazırda belə işlərdən 4-ü araşdırılır. Onların hamısı korrupsiya cinayətində ittiham edilirlər".