XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 20:08

Səddamın nəvəsi eyni adlı kitab yazdı –Diktator ailəsinin gizlinləri

“Babam Səddam Hüseyn haqqında xatirələri 2 il əvvəl yazmağa başlamışdım”.

Strateq.az “Axərin xəbər” saytına (İran) istinadla xəbər verir ki, bunu İraqın keçmiş dikatorunun nəvəsi Hərir Hüseyn Kamil deyib.

“Səddamın nəvəsi” adlı memuar kitabının müəllifi hazırda İordaniyada yaşayır.

O, Səddam Hüseynin qızı Rəqəd Hüseyn və general Hüseyn Kamilin qızıdır.

32 yaşlı Hərir ali təhsillidir, İordaniyadakı Kanada İqtisadiyyat Məktəbini bitirib.

“Kitab adına uyğun məzmundadır, mən İraqda keçən həyatımızdan söz açıram. Burada ailəmizin gizli həyatının səhifələrinə işıq salınır. Mütaliədən sonra oxucular bizi daha yaxşı anlaya biləcək”.