XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 10:10

Lavrov:"Suriyada Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatları planlaşdırılmır"

“Suriyada Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatları planlaşdırılmır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vyetnam televiziyası” və Çinin “STV” və “Feniks” telekanallarına Çin və Vyetnama səfəri öncəsi müsahibəsi zamanı söyləyib.

Nazir bildirib ki, Rusiya və İran Suriya ərazisində ərəb respublikası hökumətinin qanuni dəvəti əsasında hərəkət edir.

“Türkiyə öz təhlükəsizliyi üçün yaranan təhdidlərlə bağlı narahatlıq ifadə edir, Suriya hökuməti isə Türkiyə hərbçilərinin onun ərazisinə daxil olmasına etiraz edir. Bununla belə, o Astana formatının yaradılmasını dəstəklədi. Bu proqmatik qərardır və heç kimin müyəssər olmadığını – Suriya ərazilərinin əksər hissəsində real atəşkəsi və hökumətlə silahlı müxalifət arasında birbaşa dialoqa başlamağı təmin etməyə nail olmaq imkanı verə bilər”, – deyə nazir bildirib.