XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 10:16

Kolumbiya rəsmisi:"Venesuela ilə sərhəddə toqquşmalar zamanı 285 nəfər xəsarət alıb"

Kolumbiyanın Xarici İşlər Nazirliyinin başçısı Karlos Olmes Truxilo bildirib ki, Venesuela ilə sərhəddə toqquşmalar nəticəsində yüzlərlə insan xəsarət alıb.

Bu barədə TASS bildirib.

“Gözyaşardıcı qazdan və silahdan istifadə nəticəsində 285 nəfər xəsarət alıb “, – deyə Truxilo qeyd edib.

Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.

Kolumbiyanın Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, zərər çəkmiş 255 venesuelalı arasında 30 kolumbiyalı da var.

Venesuelanın Braziliya ilə sərhədində humanitar köməyi ölkəyə buraxmağı tələb edən nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalar nəticəsində iki nəfər ölüb, daha on səkkiz nəfər yaralanıb (Report)