XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 15:43

Səudiyyə kralı Misir prezidenti ilə görüşdü –Dərhal misirli məhkumları əfv etdi

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

Bu barədə SPA nəşri informasiya yayıb.

Məlumata görə Misirdə keçirilən AB-Ərəb dövlətləri zirvəsi çərçivəsində bu ölkəyə səfər edən kral Misir lideri ilə söhbətdən qısa müddət sonra vacib qərar qəbul edib.

Kral ölkəsindəki misirli məhkumlarla bağlı əfv fərmanı imzalayıb.

Fərmanın ümumilikdə neçə məhkuma şamil olunacağı açıqlanmayıb/Axar.az.