XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 09:18

Tramp qərarını dəyişdirmək məcburiyyətində qaldı –Müttəfiqlərdən gələn təklif

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərin sərt mövqeyi səbəbindən Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını dəyişdirmək məcburiyyətində qalıb.

Bu barədə “Vol Strit” jurnalı məlumat yayıb.

Bildirilib ki, elə bu günlərdə Almaniya, Britaniya və Fransa ABŞ-a Suriyada qalmağı və Türkiyə ilə kürdlərlə təhlükəsiz bölgə yaratmağı təklif edib.

Sözügedən təhlükəsiz bölgənin Türkiyə sərhədindən başlayaraq Suriyanın içərilərinə doğru 32 km genişlikdə yaradılması planlaşdırılıb.

Bundan əlavə, müttəfiqlər ABŞ qoşunlarının Suriyadan çıxacağı təqdirdə bu ölkədə qətiyyən öz hərbçilərini saxlamayacaqlarını da bildiriblər.

Məhz müttəfiqlərin bu qətiyyətli mövqeyindən sonra Tramp qoşunların Suriyadan “tamamən çıxarılması” qərarını “qismən çıxarılma” qərarı ilə əvəzləyib. (Axar.az)