XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 09:21

Şinzo Abe:"Yaponiya ABŞ hərbi bazasının yerləşdiyi Okinavanın yükünü azaltmağa çalışacaq"

Yaponiya hökuməti Okinavada ABŞ dəniz piyadalarına məxsus aviabazanın köçürülməsi ilə əlaqədar keçirilən referendumun nəticələrini nəzərə alaraq, prefekturanın yükünü azaltmağa çalışacaq.

Bu barədə fevralın 25-də Baş nazir Şinzo Abe bəyanatla çıxış edib.

“Yaranmış vəziyyət nəticəsində ABŞ hərbi bazalarının Okinavada toplanması yolverilməzdir. Okinavanın yükünü azaltmaq üçün hökumətin üzərinə böyük məsuliyyət düşür. Biz referendumun nəticələrinə çox ciddi yanaşırıq və bu istiqamətdə bütün gücümüzü sərf edəcəyik”, – deyə Baş nazir bildirib.

Bununla yanaşı, Ş.Abe Okinava əhaliyə müraciət edərək hökumətin ABŞ bazasının əhalinin sıx yaşadığı Futemma rayonundan Qinovan şəhərinin Haneko rayonuna köçürülməsi barədə qərarına anlaşıqla yanaşamağa çağırıb. Baş nazir bildirib ki, söhbət yeni bazanın inşasından yox, köhnənin köçürülməsindən gedir. Ş.Abe qeyd edib ki, bu planın həyata keçirilməsi nəticəsində Futemmadakı 10 min evin səsazaldıcı panellərlə mühafizəsinə də ehtiyac qalmayacaq.

Xatırladaq ki, fevralın 24-də Okinavada yerləşən ABŞ hərbi bazasının köçürülməsi ilə əlaqədar referendum keçirilib. Səsvermə nəticəsində Okinava əhalisinin 70 faizindən çoxu Futemmadakı aviabazanın prefekturanın ərazisindən çıxarılmasına səs verib. Beləliklə prefektura əhalisinin böyük əksəriyyəti bazanın prefekturadan kənara köçürülməsini tələb edən Denni Tamakini dəstəkləyib. Lakin səsvermə ayrıca götürümüş regionda keçirildiyinə görə, hüquqi baxımdan referendumun nəticələri mərkəzi hökuməti heç nəyə vadar edə bilməz. (Azərtac)