XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 10:45

Britaniya parlamenti “Brexit”ə səs verə bilər –Amma bu, gələn həftə baş tutmayacaq

Britaniya parlamenti martin 12-dək ölkənin Avropa Birliyindən çıxmasına səs verə bilər, amma bu gələn həftə baş tutmayacaq.

Bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib. Britaniya parlamenti martin 12-dək ölkənin Avropa Birliyindən çıxmasına səs verə bilər, amma bu gələn həftə baş tutmayacaq.

Son günlər hakim Mühavizakarlar partiyasında parçalanma müşahidə olunur-3 nazir leyboristlər və digər müxalifət qüvvələri ilə birləşərək “kəskin “Brexit”” mümkünlüyünü, yəni ölkənin Avropa Birliyindən razılaşmasız çıxmasını əngəlləməyə hazır olduqlarını bildiriblər.

3 mühavizəkar deputat həmçinin partiyadan çıxaraq leyboristlər partiyasından ayrılan bir neçə deputatla “Müstəqillər” adlı yeni fraksiya yaratdıqlarını bəyan ediblər.

Britaniya parlamenti hələ də ölkənin Avropa Birliyindən çıxması ilə bağlı müqaviləni təsdiqləməyib. Razılaşmaya əsasən isə ölkə martin 29-dək Avropa Birliyindən çıxmalıdır.

Baş nazir Tereza Mey tərəfdarları təkid edirlər ki, parlament “kəskin “Brexit””i əngəlləməməli və baş nazirin Avropa Birliyi ilə danışıqlarda azad manevr etməsinə imkan yaratmalıdırlar ki, razılaşmada güzəştli dəyişikliklər edə bilsin.

Mey deyir ki, danışıqlar hələlik yaxşı gedir, amma onun parlamenti qane edəcək güzəştlər əldə edə biləcəyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, Britaniya vətəndaşları 2016-cı ildə keçirilmiş referendumda 52-48 faiz səs fərqilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib. Amma son rəy sorğuları göstərir ki, indi təkrar referendum keçirilsə, britaniyalıların çoxu bunun əleyhinə səs verərdi. (azadliq.org)