XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 14:01

ABŞ Çinlə razılığa gəlir? –Tramp tarifləri qaldırmaq planını yubadacağını açıqladı

ABŞ Prezidenti Donald Tramp deyir ki, Çin mallarına tarifi qaldırmaq planını yubadacaq. O, Pekinlə danışıqlarda “əməlli irəliləyiş” olduğunu bildirib.

Birləşmiş Ştatların Çinlə ticarət danışıqlarında əməlli irəliləyiş əldə etdiyini bildirməkdən məmnunam. Danışıqlar əqli mülkiyyətin qorunması, texnologiya transferi, kənd təsərrüfatı, xidmətlər, valyuta və digər məsələlər daxil vacib struktur məsələlər üzrə aparılıb”, – Tramp fevralın 24-də “Twitter”-də yazıb.

Tariflərin martın 1-nə planlaşdırılan qaldırılmasını yubadıram. Tərəflər əlavə irəliləyiş əldə edə bilər, razılaşma üçün Prezident Xi ilə mənim Mar-a-Laqoda sammitim planlaşdırılacaq. ABŞ və Çinə çox yaxşı həftəsonu arzulayıram!” – o əlavə edib.

Tramp və Xi daha öncə də prezidentin Floridadakı iqamətgahında – Mara-Laqoda görüşüblər.

Tramp fevralın 22-də Vaşinqtonda Çinin baş nazir müavini Liu He ilə görüşüb. Bu görüş ABŞ-Çin ticarət danışıqları çərçivəsində keçirilib. Fevralın 22-də bitəcəyi gözlənən danışıqların müddəti fevralın 25-dək uzadılıb, hər iki tərəf irəliləyişin olduğunu deyib.

Martın 1-də razılaşma əldə olunmasaydı, prezident 200 milyard dollarlıq Çin malına tarifləri 25 faizdən 10 faizədək yüksəltməyi planlaşdırırdı. Bu iki qlobal nəhəngin ticarət savaşı səhm bazarlarını silkələyib, dünya iqtisadiyyatında yavaşıma yaranacağı sarıda narahatlıq ortaya çıxıb.

Tramp Çinin ticarət praktikasından daim gileylənib. ABŞ administrasiyası Çindən Amerikanın intellektual mülkiyyətinin oğurlanmasından tutmuş, ABŞ firmalarının və digər şirkətlərin Çin bazarında üzləşdiyi maneələrin ləğvinə qədər bir sıra sahələrdə dəyişikliklər tələb edir. (azadliq.org)