XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 16:36

BMT-nin baş katibi:"Dünyada ksenofobiya, irqçilik və dözümsüzlük dalğası genişlənib"

BMT-nin Baş katibi Antonio Guterres dünyadakı ksenofobiya, irqçilik və dözümsüzlük dalğasını pisləyib, antisemitizmin, antimüsəlman nifrətinin artdığını deyib.

“Nifrət bir tendensiyaya çevrilməkdədir – həm liberal demokratiyalarda, həm də avtoritar sistemlərdə belədir”, – Guterres fevralın 25-də BMT İnsan Haqları Şurasının Cenevrədə başlanan 40-cı iclasında deyib.

Dekabrda BMT-nin Baş Məclisində 17 ölkə qaçqın və miqrant axınını idarə eləməklə bağlı hüquqi qüvvəsi olmayan sənədə ya səs verməyib, ya da əleyhinə səs verib. Bu, özəlliklə Avropada acı siyasi müzakirələr doğurub.

Guterres çıxışında deyib ki, soyqırımıların önlənməsi üzrə xüsusi müşaviri Adama Dieng nifrət çıxışıyla mübarizə məqsədilə qlobal tədbirlər planı təqdim edəcək. (azadliq.org)