Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb.
Trend-in məlumatına görə, buna onun telefonuna gələn zəng səbəb olub. Telefona cavab verdikdən sonra, o jurnalistlərə həyat yoldaşının zəng etdiyini deyib. Qeyd edək ki, Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammiti davam edir.