XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 19:53

Rusiyada həbs edilən investorla bağlı Putinə müraciət olundu –Amerikalı Çalvey azad ediləcəkmi?

Rusiyada mənzillənən Baring Vostok investisiya şirkəti Prezident Vladimir Putinə müraciət edərək amerikalı qurucusu və daha beş rəsmisinə qarşı cinayət işini şəxsi nəzarətinə götürməyə çağırıb.

“Baring Vostok Capital Partners” (BVCP) fevralın 25-də vebsaytında Putinə açıq məktub dərc edib. Ötən həftə rusiyalı prokurorlar şirkət rəhbəri Mixael Calvey, üç əməkdaşı və daha iki rəsmisinə maliyyə fırıldağı ittihamı irəli sürüb. Calvey və digərləri ittihamları rədd edirlər.

Şirkəti 1994-cü ildə yaratmış amerikalı Rusiyada tanınmış xarici investorlardandır. O, fevralın 14-də Moskvada saxlanıb və bu hadisə Qərbin biznes dairələrini sarsıdıb. Calvey ittihamlar sübuta yetirilərsə, 10 il həbsə məhkum edilə bilər. Baring Vostokun investisiya direktoru Ivan Zyuzin

Baring Votok açıq məktubunda Putini iş üzrə hərtərəfli, müstəqil və obyektiv istintaq aparılmasını təmin etməyə çağırır.

Məktubda həmçinin saxlananlar barəsində həbs qətimkan tədbirinin ləğvi istənilir, qeyd olunur ki, son illər maliyyə iddialarına görə həbs qətimkan tədbirinin seçilməsində azalma “biznes tərəfdaşına hədsiz təzyiq göstərilməsini aradan qaldırıb”. Məktuba görə, Calvey və digərlərinə ittihamlar kommersiya təşkilatında normal menecment funksiyalarının icrasıyla bağlıdır. Şirkət bu işin bank daxilində kommersiya münaqişəsilə əlaqədar olduğunu bildirir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinə Baring Vostokun xahişi barədə məlumat veriləcək.

“Prezidentin bu məktubu görüb-görmədiyini bilmirəm, amma azından biz ona mediada yayılmış məktub haqda məlumat verəcəyik”, – Peskov vurğulayıb.

Birləşmiş Ştatların Moskvadakı səfirliyi fevralın 21-də bildirib ki, ABŞ diplomatlarının Calvey ilə görüşünə şərait yaradılmasını tələb edir: “Bunu bir neçə dəfə istəmişik. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bizim İkitərəfli Konsulluq Konvensiyamızın şərtlərinə hələlik əməl etməyib, konsulluq yardımı göstərməyimizə şərait yaratmayıb. Bu yubanma sarıdan dərin narahatlığımızı diplomatik kanallar vasitəsilə çatdırmışıq”. (azadliq.org)