XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 20:42

Moldovada təkrar parlament seçkiləri keçirilə bilər –Prezident bəyanat verdi

Moldovada səsvermə nəticəsində qanunverici orqanda təmsil olunan partiyaların hakim koalisiya barədə razılığa gəlməyəcəyi və hökuməti formalaşdıra bilməyəcəyi təqdirdə respublikada təkrar parlament seçkiləri keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon bazar ertəsi günü keçirdiyi brifinqdə deyib. “Əgər partiyalar koalisiya yaradılması barədə razılığa gələ bilməsələr, mən parlamentin buraxılmasına və yeni seçkilər keçirilməsinə israr edəcəyəm”, – deyə İqor Dodon bildirib. O, həmçinin qeyd edib ki, səsvermənin yekun nəticələri elan olunduqdan və təsdiqləndikdən sonra parlament seçkilərinin qaliblərini məsləhətləşmə üçün dəvət edəcək.

Xatırladaq ki, Moldovada parlament seçkiləri fevralın 24-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, parlamentə üç partiya və bir seçki bloku keçib, lakin onların heç biri hökuməti formalaşdırmaq üçün lazım olan 101 mandatdan 51-ni qazana bilməyib.