XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Fevral 2019 - 21:34

ABŞ Qırğızıstanın eks-prezidentinin ailəsinin mənimsədiyi pulları qaytarır

ABŞ Qırğız Respublikasının eks-prezidenti Kurmanbek Bakiyevin ailəsinin mənimsədiyi 4,6 milyon dolları geri qaytaracaq.

“Report” xəbər verir ki, məlumatı “Economist.kg” yayıb.

Bildirilib ki, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə iş üzrə köməkçisinin birinci müavini Alisa Uellsin fevralın 25-28-də Bişkekə səfəri zamanı həmin məbləğin Qırğız Respublikasına qaytarılması üçün maliyyə naziri Baktıkul Jeenbayeva ilə müqvilənin imzalanması planlaşdırılır. Vurğulanıb ki, Kurmanbek Bakiyevn oğlu Maksim Bakiyev də ABŞ tərəfindən maliyyə fırıldağında ittiham olunsa da, 2013-cü ildə bu iş bağlanıb.

Bakiyevlərin keçmiş maliyyə müşaviri Yevgeni Qureviçin sözlərinə görə, Bakiyevlər ailəsi ölkədən qanunsuz olaraq 200-300 milyon dollar çıxarıblar. Qeyd edək ki, Kurmanbek Bakiyev 2005-ci ildə birinci inqilab nəticəsində Qırğız Respublikasının prezidenti olub. 2010-cu ildə onun hakimiyyəti devrilib. Həmin tarixdən onun Belarusda yaşadığı bildirilib.