XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 09:32

İranın xarici işlər naziri istefa verdi –Zərif sosial şəbəkədə vida bəyanatı yaydı

İranın xarici işlər naziri Məhamməd Cavad Zərif istefa verib. O bu barədə məlumatı fevralın 25-də özünün “Instagram” səhifəsində yayıb:

“Əziz və möhtərəm İran xalqına ötən 67 ay üçün təşəkkürümü bildirirəm. Xidmət göstərməkdə davam edə bilmədiyim üçün və bu xidmət vaxtı baş vermiş çatışmazlıqlara görə səmimiyyətlə üzr istəyirəm. Mən İran xalqına və rəsmilərinə təşəkkürümü bildirirəm”.

IRNA agentliyi bildirir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Zərifin “Instagram” səhifəsində yazdığı xəbərin doğruluğunu təsdiqləyib.

Zərifin istefasının səbəbləri barədə məlumat verilmir. Lakin İranın yarımrəsmi “Təsnim” agentliyi bildirir ki, xarici işlər nazirinin istefa verməsi barədə xəbər doğrudur. Prezident Ruhaninin bu istefanı qəbul edib-etməyəcəyi məlum deyil.

Xarici işlər naziri kimi Zərif dünya gücləri – Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniyadan ibarət P5+1 qrupu ilə danışıqlara rəhbərlik edib.

Bu danışıqlar 2015-ci ildə İranla Qərb arasında tarixi nüvə sazişinin imzalnması ilə nəticələnib. Bu sazişin şərtlərinə görə İran özünün nüvə proqramını məhdudlaşdırmalı, əvəzində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalıydı.

Lakin ABŞ prezidenti Donald Tramp may ayında Birləşmiş Ştatların bu sazişdən çıxdığını və Tehran üzərinə ABŞ sanksiyalarının bərpa ediləcəyini bəyan etdi. Tramp İranın “dünyanın bir nömrəli terror dəstəkçisi” olduğunu iddia edir. O bəyan edib ki, onun administrasiyası İrana münasibətdə çox sərt siyasət yürüdəcək.

Lakin bu sazişin başqa imza tərəfləri ABŞ-ın təzyiqinə baxmayaraq İranla sazişə sadiq qalacaqlarını bəyan ediblər.

Bununla belə ABŞ-ın sanksiyaları bərpa etməsi İran iqtisadiyyatını ağır vəziyyətə salıb. Prezident Ruhani son 40 ildə iqtisadiyyatın bu qədər çətin durumda olmadığını etiraf edib.

Zərif 2013-cü ildən ölkəsinin xarici işlər naziridir. O bu vəzifədə İran Atom Təşkilatının indiki rəhbəri Əli Əkbər Salehini əvəz edib. (azadliq.org)