XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 09:39

Ukraynada sensasiyalı həbs:Baş Qərərgahın keçmiş rəisi dövlətə xəyanət ittihamı ilə həbs edildi

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Volodymyr Zamana saxlanıb və ona qarşı xəyanət ittihamı irəli sürülüb.

Baş prokuror Yury Lutsenko “Facebook” səhifəsində yazıb ki, Zamana fevralın 25-də saxlanıb.

Lutsenkonun bildirdiyinə görə, Zamana havadan müdafiə raket briqada və batalyonları, habelə 19 hərbi aviasiya qrupu da daxil 70 hərbi qarnizon və birləşmənin buraxılmasında və 2012-2014-cü illər arasında taktiki aviasiya briqadasını eskadronadək ixtisar etməkdə ittiham olunur.

Lutsenko yazır ki, Zamananın qanunsuz hərəkətləri hərbi qeydiyyatın və səfərbərlik zabitlərinin ləğvi ilə nəticələnib və bütün bunlar 2014-cü ilədək Ukrayna ordusunu zəiflədib və Rusiyanın Krımı ilhaq etməsinə, habelə ölkənin şərqində separatçı münaqişə qızışdırmasına yol açıb:

“Bunlardan əlavə olaraq Zamana Ukrayna Silahlı Qüvvələrinin Krım taktiki qrupunu donanma komandanına tabe etdirən əmr verib. Bu, nəticədə Ukrayna hərbi heyətinin Rusiya təcavüzünə müqavimətini iflic edib”. Ukrayna hərbi prokuroru Anatoliy Matios fevralın 25-də demişdi ki, xəyanətdə şübhəli olduğu barədə Zamanaya məlumat verilmişdi.

(Azadlıq radiosu)