XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 12:26

“Nazarbayevin yaratdığı sistem etibarlılıq böhranı yaşayır” –"Karnegi" Fondu Qazaxıstandakı dəyişiklikləri təhlil edib

Fevralın 21-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökuməti bütünlükdə buraxıb. O, hökuməti ölkədəki sosial problemləri həll edə bilmədiyinə görə danlayıb. Bu qərardan öncə Astanada bir evin yanması nəticəsində bir ailənin beş uşağı həlak olub və bu, ölkədə ictimai narazılığı gücləndirib. “Karnegi” Fondunun saytında Paul Stronski yazır ki, Nazarbayev hökuməti mütəmadi dəyişsə də, sonuncu indiyədək görünməmiş addım sayıla bilər.

Görünür, Nazarbaev qətiyyətli görünmək, diqqəti ölkədə artan sosial-iqtisadi narazılıqdan, özünün ölkədə sıravi vətəndaşların həyatını yaxşılaşdırmaq vədini yerinə yetirməməsindən yayındırmaq istəyir. Prezident hökuməti qurbanlıq quzu seçərək yoxsul və orta sinif üçün iqtisadi imkanların yaradılması, iqtisadiyyatın diversifikasiyası üzrə fərmanlarını yerinə yetirə, hüququn aliliyini təmin edə bilmədiyini deyib”, – müəllif yazır.

Axı, Nazarbayev Yeni il müraciətində ölkədə həyatın keyfiyyətindən dəm vururdu. Amma bunu hiss etməyən sıravi qazaxıstanlılar arasında narazılıq və qəzəb artmaqdadır. Müəllifin fikrincə, yeni hökumət yəqin, ev tikintisinə, təhsilə, səhiyyəyə, uşaqlı ailələrə xərcləri artıracaq, yenə də iqtisadiyyatı diversifikasiya edəcəyinə, korrupsiyayla mübarizə apacağına söz verəcək.

“Nazarbayev əvvəllər də oxşar vədlər verib. Ancaq onun hökuməti siyasi, iqtisadi və sosial islahatlarla bağlı ambisiyalı planlarını dəfələrlə yerinə yetirə bilməyib. Nazarbayev on illərdir Qazaxıstan lideri kimi legitimliyini davam etdirsə də, onun yaratdığı sistem etibarlılıq böhranı yaşamaqdadır”, – məqalədə deyilir.