XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 20:39

Putinin sözçüsü qızı ilə bağlı xəbərə belə reaksiya verdi:"Bu, mənim xidməti vəzifəmə və işimə aid deyil”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qızı Yelizavetanın Avropa Parlamentində işlədiyini təsdiqləyib.

TASS xəbər verir ki, D.Peskov bunu “adi tələbə təcrübəsi” adlandırıb.

“Bilirsinizmi, burada söhbət adi tələbə qızdan və adi təcrübədən gedir”, – deyən D.Peskov hansısa əlavə şərh vermək istəmədiyini əlavə edib.

Bununla yanaşı Peskov bu məsələnin onun peşəkar fəaliyyətinə dəxli olmadığını bildirib: “Bu, mənim qızıma aiddir, mənim xidməti vəzifəmə və işimə aid deyil”.

Qeyd edək ki, fevralın 25-də fransalı avroparlamentari Emerik Şoprad D.Peskovun qızı Yelizavetanın Avropa Parlamentinin onun başçılıq etdiyi bürosunda təcrübə keçdiyini bildirmişdi. O əlavə etmişdi ki, Yelizaveta adi fransız tələbələr kimi təcrübə keçir, gizli informasiyalara çıxışı yoxdur.

Avroparlamentari qeyd etmişdi ki, Y.Peskovaya da işinə görə təcrübəçilərə ödənilən qədər – 1000 avro vəsait ödənilir/Teleqraf.com.