XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 20:09

Tramp Şimali Koreyaya gedib –Kim Çen Inla danışıq aparılacaq

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla fevralın 27-28-də sayca ikinci görüşünün keçiriləcəyi Vyetnamın paytaxtı Hanoya gedib.

“RİA Novosti” xəbər verir ki, sabah işgüzar naharda ABŞ lideri Vyetnam Prezidenti və Baş naziri ilə görüşəcək, axşam Kim Çen Inla hələ məkanı açıqlanmayan yerdə danışıqlar aparacaq.

Əvvəlcə təkbətək söhbət edəcək ABŞ və Şimali Koreya liderləri daha sonra dövlət katibi Mayk Pompeo və Ağ Evin Aparat rəhbəri əvəzi Mik Malveyin, həmçinin Koreya Əməkçilər Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yonq Çolun da iştirakı ilə şam yeməyində görüşəcəklər.

Qeyd edək ki, Şimali Koreya lideri də artıq Hanoya gedib/Report.