XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 09:37

Rusiya məhkəməsi ABŞ kəşfiyyatına işləyən casuslara cəza kəsdi –Daha iki şübhəliyə qarşı ittiham irəli sürülüb

Rusiyada hərbi tribunal Federal Təhlükəsizlik Xidmətinin bir zabitini və “Kaspersky Lab” kibertəhlükəsizlik firmasının ekspertini xəyanətdə təqsirli bilərək uzun müddətə azadlıqdan məhrum edib. Bu işin Birləşmiş Ştatlarla bağlı olduğuna dair ehtimallar var.

Bağlı qapılar arxasında keçirilən mühakimədən sonra fevralın 26-da Moskva Regional Hərbi Tribunalı keçmiş FTX zabiti Sergey Mixaylovu  və “Kaspersky Lab” şirkətinin kompüter qəzalarının araşdırılması komandasının başçısı, ekspert Ruslan Stoyanovu məxfi informasiyanın xarici kəşfiyyata ötürülməsində təqsirli bilib.

Rusiya mediası xəbər verir ki, Mixayılova 22, Stoyanova 14 il iş kəsilib. Mixayılov hərbi rütbəsindən və bütün təltiflərdən məhrum edilib. Stoyanovun vəkili Inqa Lebedeva TASS agentliyinə deyib ki, onun müştərisi hökmdən apellyasiya şikayəti verəcək:

“Bu adamlar düşünürlər ki, onlar əks-hakerlik fəaliyyəti zamanı özləri də bilmədən kiminsə ayağını tapdalayıblar”.

Rusiya mediası xəbər verir ki, müttəhimlər məxfi informasiyaları ABŞ-ın Federal Təhqiqatlar Bürosuna ötürməkdə ittiham olunublar. Bu xəbərlərə görə ötürülən informasiya Çonopay ödəniş xidməti şirkətinin keçmiş başçısı Pavel Vrublevskıyın işinə aid təhqiqat sənədləri olub. Vrublevskıy ABŞ tərəfindən iddia edilən kibercinayətlərdə ittiham olunur.

Müdafiə vəkili qapalı keçirilmiş məhkəmənin detalları barədə məlumat verə bilməsə də, deyib ki, ittiham Vrublevskynın ifadəsi əsasında tərtib edilib. Mixayılov 2016-cı ilin dekabrında, Stoyanov isə 2017-ci ilin yanvarında həbs olunublar.

“Bloomberg” fevralın 22-də “etibarlı mənbələrə” istinadən bildirmişdi ki, bu təhqiqat zamanı daha iki şübhəliyə qarşı ittiham irəli sürülüb. Bunların biznesmen Georgy Fomçenkov və Mixaylovun işçilərindən Dmitri Dokuçayev olduğu xəbər verilir. Dokuçayev də ABŞ-da 500 milyon Yahoo email hesabına haker hücumuna görə ittiham olunur.

Bu iki nəfərin ABŞ-la əlaqələrini etiraf etdikləri və barələrində hökmün daha sonra çıxarılacağı bildirilir.

Bu şəxslərin dördü də 2016-cı ilin dekabrında, ABŞ-da keçirilmiş prezident seçkisində Donald Trampın qələbəsindən az sonra həbs edilib. Onlara qarşı da xəyanət ittihamı irəli sürülüb. FTX, Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə yanaşı Demokratik Milli Komitə də daxil ABŞ siyasi əməliyyatçılarını haker hücumları ilə hədəfləməkdə ittiham olunur.

Kreml bu işlərlə Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddiaların əlaqəli olduğu barədə mülahizələri inkar edir.

(Azadlıq radiosu)