Venesuela müxalifətinin lideri Xuan Quaydo ötən həftəsonu ölkəyə humanitar yardımı gətirməyə çalışdı, amma hakimiyyətini saxlamağa çalışan prezident Nikolas Maduronun dirənişi ilə üzləşdi. Sərhəddə toqquşmalar zamanı dörd nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı bildirilir.
Quaydo beynəlxalq ictimaiyyəti qitədə sabitliyə təhdid yaradanlara təzyiqi artırmağa çağırıb.
“Maduro hökuməti özünü rahat hiss edə bilər, çünki ondan çox adam ayrılmayıb”, – Latın Amerikası üzrə Vaşinqton İdarəsi beyin mərkəzindən David Smilde “Frans Pres”ə deyib.
“Amma onun əsgərlərinin sərhəddə adamları öldürməsi, ölkəyə yardımın girməsini əngəlləməsi, sərhəddə humanitar yardım dolu yük maşınlarının yanması sadəcə dəhşətdir. O, getdikcə daha çox təcrid durumuna düşür”, – təhlilçi sözlərinə əlavə edib. “Quaydonun manevr imkanı qalmır və beynəlxalq ictimaiyyətdən çox aşlıdır”. Bunu isə Venesueladakı Delfos İnstitutunun rəhbəri Felikx Seijas deyir.
Quaydo beynəlxalq silahlı müdaxiləni mümkün saysa da, xaricdə belə bir addıma dirəniş artmaqdadır. Avropa Birliyi, Kanada, eləcə də Amerikanın müdaxiləsinin acı izlər buraxdığı Latın Amerikası ölkələrindən bəziləri buna qarşı çıxır. Müdaxilə yerli əhalinin də yalnız bir hissəsi dəstəkləyər.
“Beynəlxalq sanksiyalar sərtləşdirilə, Maduro rejiminə iqtisadi baxımdan daha çox zərbə vurula bilər”, Avrasiya Qrupu konsultasiya şirkətinin tövsiyəsi belədir. (azadliq.org)