XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 11:32

Pakistan Hindistanın iki hərbi təyyarəsini vurub- Onlardan birinin pilotu həbs edilib

Pakistan Kəşmirin özünə məxsus ərazisində Hindistanın iki hərbi təyyarəsini vurduğunu bildirib.

Azərtac BBC telekanalına istinadla xəbər verir ki, Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi, general mayor Asif Qafur bildirib ki, hava sərhədini keçən Hindistan Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə vurulub. Onlardan birinin pilotu həbs edilib, digər təyyarə isə Pakistan hava məkanını tərk edərək Hindistan ərazisinə düşüb.

Fevralın 26-da Hindistan Hava Qüvvələri Pakistanda yerləşən silahlılara qarşı hava hücumu həyata keçirib. Bununla bağlı, rəsmi İslamabad BMT-də də məsələ qaldırıb.