XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 12:42

Muhammadu Buhari yenidən Nigeriya Prezidenti seçilib- Seçicilərin 56 faizinin səsini toplayıb

Muhammadu Buhari yenidən Nigeriya Prezidenti seçilib.

Azərtac “Reuters” agentliyinə istinadla xəbər verir ki, ikinci dəfə dövlət başçısı seçilən M.Buhari müxalifətdən olan rəqibi Atiku Əbubakara qalib gəlib. Seçkilərin ilkin nəticələrinə görə, o, digər namizədi 2,9 milyon seçici səsi ilə üstələyə bilib.

Nigeriyanın Seçki Komissiyasının məlumatına görə, Buhari seçicilərin 15,2 milyonunun (56 faiz), Atiku Əbubakara isə 11,3 milyonunun (35,6 faiz) səsini toplayıb.

M.Buhari səsvermənin yekunları elan edildikdən sonra əhaliyə etdiyi müraciətində təhlükəsizlik, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə məsələlərini önə çəkib. Onun tərəfdarları, xüsusən gənclər paytaxt Abujanın mərkəzi meydanında dəstək aksiyaları keçiriblər.