Yaponiya Rusiya Prezidenti Vladimir Putinin təbiətin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanovun Kuril adalarına səfərinə görə qarşı tərəfə etirazını bildirib.
Azərtac xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verİb. Baş katib bildirib ki, buna baxmayaraq, tərəflər arasında ərazi mübahisəsinin həlli və sülh müqaviləsinin imzlanması istiqamətində danışıqlar davam etdiriləcək.
Şikotan adasına səfər çərçivəsində S.İvanov bildirib ki, ərazi məsələsi Yaponiyanın problemidir, Rusiyanın belə problemi yoxdur və Rusiya Kuril adalarının kiməsə verilməsi barədə danışıqlar aparmır.