XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 17:12

Böyük Britaniya tarixində ən isti qış günü:temperatur ilk dəfə olaraq müsbət 21 dərəcədən yuxarı qalxıb

Böyük Britaniyada qışda termometrlərin göstəriciləri meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq müsbət 21 dərəcədən yuxarı qalxıb.

Azərtac Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Uelsin qərbində qeydə alınan 20,3 dərəcə temperatur rekordu yalnız bir sutka davam edib və fevralın 26-da Londonun cənub-qərbində havanın hərarətinin 21,2 dərəcəyə qalxması ilə yenilənib. Bundan əvvəlki qış rekordu 1998-ci il fevralın 13-də 0-cı meridianın keçdiyi Qrinviç rayonunda qeydə alınmış və 19,7 dərəcə təşkil etmişdi.

Ekspertlər yeni temperatur rekordunu Avropanın mərkəzi hissəsi üzərində Aralıq dənizi havasının şimal istiqamətində hərəkətinə imkan verən yüksək təzyiq zonasının yaranması ilə izah edirlər. Bununla yanaşı, Britaniyada Harmut antisiklonu səbəbindən 2019-cu ilin fevral ayı həddən artıq soyuq keçib və hərarət mənfi 11 dərəcəyə qədər enib.

Birləşmiş Krallıq üçün yağışlı dəniz iqlimi xarakterikdir. Burada ilin böyük hissəsində havanın hərarəti 10-20 dərəcə arasında dəyişir. Yerli iqliminin formalaşmasında Britaniya adalarına şimal-qərbdən yaxınlaşan və Arktikadan əsən küləyin yumşalmasına səbəb olan Qolfstrim cərəyanı əsas rol oynayır.